Görüş və konfrans zalları
Bakının mərkəzinin yaxınlığında, eyni zamanda isə yorucu nəqliyyat səsindən uzaqda yerləşən Excelsior Otel xüsusi və sosial tədbirlər, konfrans və işgüzar görüşlər üçün ideal seçimdir.
Excelsiorun dörd xüsusi görüş zalında yüksək səviyyəli işgüzar görüşlərdən böyük konfrans, kiçik seminar və ya toy qəbuluna kimi bütün növ tədbirlər üçün son dərəcə fərqli zərif tərtibt mövcuddur. Bütün zallar ən son audio-vizual texnologiya ilə tam şəkildə təchiz edilmişdir.
Excelsior Otelin tədbir təşkilatçıları qrupu sizin diqqətinizi daha vacib msələlərə yönəltməyiiz üçün bütün təfərrüatlarla özləri məşğul olacaq. Bizm peşəkar qrupumuz tədbirinizin yüksək səviyyədə, səmərəli və rahat keçməsinə kömək edəcək.
Bizim Satış Qrupu ilə əlaqə saxlayın və əməkdaşlarımız növbəti iş günü ərzində sizinlə təmasa keçəcəklər.
Biznes Mərkəzi
Excelsior Oteldə xidmətlərimiz işgüzar səyhətdə olan qonaqlrımızın bütün ehtiyaclarına cavab vermək üçün nəzərdə tutulur. Otelimizdə işləyən qonaqlarımız üçün sinxron trcümə avadanlıqları, simsiz internet və telefon kimi müasir lavazimatlar təmin olunur. Növbəti konfrans məkanı olaraq Excelsior otelinin görüş zallarını seçin və aşağıdakı xidmətlərimizdən yararlanın:
• Yüksək sürətli internetə çıxış (simsiz və simli) və videokonfrans imkanları da daxil olmaqla ən yeni şəbəkə infrastrukturu
• Kserokopiya, faks, computer icarəsi, internet çıxışı, çatdırma və katiblik xidmətləri ilə tam təchiz olunmuş biznes mərkəzi
