Bakının ən möhtəşəm spa məkanlarından biri, Aura Sağlamlıq Mərkəzi
Geniş sahəyə malik “Aura” Sağlamlıq Mərkəzində ən müasir trenajor avadanlıqlarının olduğu yüksək texnologiya ilə təchiz edilmiş idman zalı, böyüklər və uşaqlar üçün açıq və qapalı üzmə hovuzları, açıq tennis kortu, iki skvoş kortu, günəş terrası və yay bağı yerləşir.
Mərkəz, xanımlar və bəylər üçün ayrıca sauna və buxar otaqları, relaksasiya və masaj kabinləri təklif edir.
Yay ayları ərzində siz 18 m-lik üzmə hovuzunda üzərək həm bədəninizi, həm də beyninizi rahatladacaqsınız. Siz həmçinin 24 m-lik möhtəşəm isidilən qapalı üzmə hovuzumuzda üzməklə də idman edə bilərsiniz. Hovuz bütün il boyu fəaliyyət göstərir və günəş vannası qəbul etmək üçün açıq sahəsi olan günəş terrası ilə əlaqəlidir.
AURA SPA
Aura Spa bədəninizi və ruhunuzu bütövləşdirmək üçün xüsusi müalicə zonalarında aparılan çoxsaylı cavanlaşdırıcı və müalicəvi prosedurlar təklif edir. Excelsior otelinin eksklüziv “Aura” spa və gözəllik prosedur və məhsullarına aşağıdakı xidmətlər daxildir:
• Bədən üçün müalicəvi
• Əl və ayaqlara qulluq
• Masaj terapiyası
AURA MƏRKƏZİNDƏN EKSKLÜZİV MASAJ TERAPİYASI
• İsveç masajı
• Aromaterapiya
• Qarışıq masaj
• İsti daşlarla müalicə
• Belin quru masajı
• Reiki
• Baş və üzün masajı
• Dəniz duzları ilə masaj
AURA MƏRKƏZİNDƏ DƏRSLƏR
Ürək məşğələləri sağlam həyatın və bədənin təmin edilməsində mühüm rola malikdir. Onlar ürək-damar sisteminin möhkəmlənməsinə, əzələlərin bərkiməsinə, dözümlülüyün artırılmasına və yağların təbii yollarla yanmasına kömək edir. Bizim aerobika və rəqs dərslərimizlə hər zaman sağlam və formada qalın.
• Göbək rəqsi
• Aerobika
• Latino MİKS
• Bodi-şeypinq
• Yoga
• Kallanetika
• Pilates
AURA MƏRKƏZİNİN GÖZƏLLİK SALONU
Manikür və pedikürün fərqli kombinasiyasını təklif edir. Bütün stilist və spa mütəxəssisləri peşəkar təlim görmüş və əl-ayaq qayğısı sahəsində ixtisaslaşmışdır.
Bütün məkanlara otelin birinci mərtəbəsindən və ya çöl girişi vasitəsilə getmək mümkündür.
Hər bir qonağa ayrıca şkaf, dəsmallar, KOSMETİK və digər vasitələr verilir.
